İşin təsviri
- Verilmiş dizayna uyğun mobil tətbiqin səhifələrini hazırlamaq və lazım gəldikdə texniki və dizayn məsələlərini dizaynerlərə bildirmək;
- Ən son proqramlaşdırma prinsiplərini və sənaye standartlarını tətbiq etmək;
- Backend proqramçılarla bərabər işləmək və yazılmış servislərin mobil tətbiqə inteqrasiyasını təmin etmək;
- Yeni Unit və UI testəri yazmaq və testlərin düzgün işini təmin etmək;
- Mobil tətbiqə inteqrasiya edilə biləcək yenilikləri araşdırmaq;
Tələblər
- Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
- Müxtəlif Android versiyaları və onların dəyişiklikləri ilə bağlı məlumatlar;
- Backend servislərinin mobil tətbiqə qoşulmasını təmin etmə bacarığı;
- Material 3 və ya Material 3 Expressive dizayn prinsipləri və praktikaları ilə bağlı bilikləri;
- Jetpack Compose və Android XML ilə işləmə bacarığı;
- Müxtəlif Jetpack kitabxanaları ilə praktiki biliklər;
- Kotlin Coroutines ilə teorik və praktiki biliklər;
- Firebase və Google servisləri ilə işləmə bacağı;
- Git üzrə sərbəst işləmə bacarığı;
- Agile komandada işləmək təcrübəsi arzu olunandır;
- KSP, Kotlin kitabxanaları (Serialization, DateTime), Retrofit, Coil, Protobuf kitabxanaları ilə işləmək qabiliyyəti;
- MVI və MVVM üzrə işləmək bacarığı;
- Android Architecture Components üzrə biliklər;
- Gradle scriptləri işləmə bacarığı;
- Kotlin və Java üzrə güclü biliklər.