Bağban (3 aylıq müddətli əmək müqaviləsi əsasında)

20 May 2026

İşin təsviri

Şirkətimiz yaşıllıq sahələrinin və landşaft ərazilərinin qulluq işlərini həyata keçirəcək Bağban axtarır. Namizəd bitkilərin sağlam saxlanılması, ərazinin səliqəli görünüşünün qorunması və gündəlik bağçılıq işlərinin icrasını təmin edəcək.

  • Yaşıllıq və landşaft ərazilərinə gündəlik qulluq göstərilməsi;
  • Ağac, gül və digər bitkilərin əkilməsi, suvarılması və budanması;
  • Bitkilərin sağlamlığının qorunması və zərərvericilərə qarşı tədbirlərin görülməsi;
  • Ərazinin təmiz və səliqəli saxlanılmasının təmin edilməsi;
  • Gübrələmə və torpaq qulluq işlərinin həyata keçirilməsi;
  • Bağçılıq avadanlıqları və alətlərindən düzgün istifadə olunması;
  • Mövsümi bağçılıq işlərinin yerinə yetirilməsi;
  • Əmək təhlükəsizliyi qaydalarına riayət olunması.

Tələblər

  • Bağçılıq və ya landşaft işləri üzrə minimum 1 il iş təcrübəsi;
  • Bitkilərə qulluq və bağçılıq işləri üzrə əsas biliklər;
  • Fiziki işləmək bacarığı və açıq havada işləməyə uyğunluq;
  • Məsuliyyətli, intizamlı və diqqətli olmaq;
  • Komanda ilə işləmək bacarığı;
  • Yaşıllıq sahələrinin qorunmasına və səliqəsinə həssas yanaşma.

Qeyd:

  • Vakansiya 3 aylıq müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulmuşdur.