Layihələndirmə məlumatlarını qəbul etmək, analiz etmək, elektrik sistemlərin sahəyə tətbiqi barədə hesabat təqdim etmək;
Tikinti sahəsində elektrik sistemlərin tətbiqinin Azərbaycan Respublikası qanunvericiliyin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğunluğunu təmin etmək;
Komandanın bir üzvü kimi fəaliyyət göstərmək və tikinti prosesinə daxil olan bütün tərəflərlə sıx əməkdaşlıq etmək;
Tikinti müddətində elektrik hissəsinin sahəyə tətbiqinin təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin iş həcmlərinə uyğunluğunu yoxlamaq;
Layihənin layihələndirmə prosesinə texniki dəstək vermək, elektrik sistemlərinin spesifikasiyaları və iş həcmlərini yoxlayıb müvafiq texniki rəy vermək;
İstehsalatın elektrik sistemlərinin sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək;
Tələb edildiyi halda layihənin bütün mərhələlərində elektrik sistemləri üzrə texniki sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
Tikinti sahəsinin elektrik sistemləri üzrə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin şirkətin müvafiq qaydalarına uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələblər
Elektrik mühəndisliyi üzrə ali təhsil;
Müvafiq sahə üzrə sifarişçi təcrübəsinin olması (minimum 3 il);
Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – yaxşı;
Kompüter bilikləri: ORACLE Aconex (başlanğıc səviyyə), MS Office, AutoCAD;
Yüksək ünsiyyət və komandada işləmək bacarığı, daim inkişafa yönümlü olmaq;
Komanda üzrü olmaq və ixtisası üzrə həll yollarını təqdim