İcarə üzrə mütəxəssis

İşin təsviri

  • Kommersiya, ofis və yaşayış sahələrinə yeni icarəçilərin cəlb olunması;
  • Mövcud icarəçilərlə münasibətlərin müsbət istiqamətdə inkişaf etdirilməsi;
  • İcarə sahələri üzrə gəlirlərin artırılması istiqamətində yeni həllərin tapılması;
  • Müştəri bazasının toplanması – müştəri xidmətinin səviyyəsinin yüksək saxlanılması;
  • Şikayətlərlə peşəkarlıqla məşğul olmaq, müsbət həll yolları ilə bağlı təkliflərin hazırlanması;
  • Marketinq, Mühasibatlıq, Hüquq və Mühəndislik şöbələri ilə daim əməkdaşlıq;
  • Borcların izlənilməsi, portfel üzrə debitor borcların minimum səviyyədə saxlanılmasını təmin etmək.

Tələblər

· İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketing və digər uyğun sahələr üzrə ali təhsil;

· Xidmət satışı sahəsində minimum 2 il iş təcrübəsi;

· Azərbaycan dili və rus dili səlis, ingilis dili intermediate və yuxarı səviyyədə olmalı;

· MS Office proqramları biliyi, Power Point;

· Analitik hesabat bacarıqları;

· Məsuliyyət, təşkilatçılıq və qərarvermə kimi müsbət göstəricilərə sahib olmaq;

· Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarığı.