İnsan resursları üzrə mütəxəssis/baş mütəxəssis

İşin təsviri

·     Qanunvericiliyin tələblərinə uyğun olaraq, hər bir işçinin şəxsi işinin aparılmasına, işçiyə aid bütün sənədlərin işçinin şəxsi işinə əlavə edilməsinə nəzarət etmək, habelə əmək müqavilələrinin tərtib olunaraq imzalanmasını təqib etmək;

·     İşçilərin illik məzuniyyətlərinin planlanmasını hazırlamaq, növbəlilik cədvəllərinin və əvəzetmə planlarını tərtib etmək və onların icrasını təqib etmək;

·     Heyətin sənədləşmə prosesi ilə bağlı məsələləri koordinasiya etmək;

·     İşçilərlə əlaqədar əmrlərin hazırlanıb, imzalanması və icraçılara düzgün çatdırılması işini təşkil etmək;

·     İşçinin işə götürülməsi, attestasiyadan keçirilməsi, vəzifəsinin dəyişdirilməsi və işdən çıxması ilə əlaqədar lazımi işləri həyata keçirmək və sənədləşmə işlərini görmək;

·     İşçilər ilə bağlı yaranmış nizam-intizam məsələlərində prosesin idarə edilməsi;

·     Dövlət idarəetmə orqanlarına, eyni zamanda şirkətin rəhbərliyinə və digər təşkilatlara təqdim ediləcək kadrlarla bağlı hesabatları hazırlamaq və vaxtında təqdim etmək;

·     İR əməliyyatları ilə bağlı hesabatların hazırlanması;

·     Departamentin fəaliyyətinin həyata keçirilməsi ilə bağlı daxili siyasət və qaydaların yazılmasında iştirak etmək.

Tələblər

·     Müvafiq sahə üzrə ən az 2/5 il iş təcrübəsi;

·     Yüksək səviyyədə AR Əmək məcəlləsi bilikləri;

·     Analitik düşüncə və problem həll etmək bacarığı;

·     Yaxşı səviyyədə EXCEL biliyi,

·     Yaxşı səviyyədə İngilis və rus dili biliyi.

·     İnsan resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;

·     İnsanlarla fəal ünsiyyət qurmaq bacarığı.