İşin təsviri
- Komplayns (Uyğunluq) siyasətinin hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi;
- Komplayns prosedur və metodologiyalarının hazırlanması və tətbiqi;
- Biznes və inzibati proseslər üzrə daxili tənzimləyici sənədlərin layihələrinin hazırlanması;
- Qanunvericiliyə və tənzimləyici sənədlərə uyğunluğun təmin olunması məqsədilə nəzarət fəaliyyəti və hesabatların hazırlanması;
- Uyğunluq pozuntuları üzrə effektiv tədbirlər planının hazırlanması və icrasına nəzarət;
- ISO 41001: Facility Management standartı üzrə əməliyyat və idarəetmə sistemlərinin təhlili, tövsiyələrin hazırlanması və tətbiqi;
- Qanunvericilik pozuntusuna səbəb ola biləcək risklərin aradan qaldırılması və nəzarət;
- Təşkilat sənədlərinin və proseslərinin monitorinqi və təkmilləşdirilməyə ehtiyacı olan sahələrin müəyyən edilməsi;
- Komplayns fəaliyyəti üzrə aylıq, rüblük, yarımillik və illik planların hazırlanması;
- ISO 41001 sertifikatının saxlanılması üçün auditlərə hazırlıq, yoxlayıcı orqanlarla əlaqə və icra prosesinə nəzarət;
- Şirkət daxilində komplayns mədəniyyətinin formalaşdırılması və bu istiqamətdə təkliflərin hazırlanması;
- Əməkdaşların komplayns mövzusunda maarifləndirilməsi və təlimlərin keçirilməsi;
- Əməkdaşların uyğunluqla bağlı suallarının cavablandırılması və problemlərin həlli;
- İstifadədə olan proqram təminatlarının uyğun şəkildə işlədilməsinə nəzarət;
- Struktur bölmələr arası koordinasiya və proseslərin təhlili;
- Hüquq və Komplayns şöbəsinin rəhbəri tərəfindən verilən digər tapşırıqların icrası.
Tələblər
- Hüquq, idarəetmə, uyğunluq və ya əlaqəli sahədə ali təhsil;
- Komplayns sahəsində minimum 3-5 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının hüquqi bazası haqqında biliklər;
- ISO 41001 və ya digər idarəetmə sistemləri üzrə biliklər üstünlükdür;
- Analitik düşüncə, detallara diqqət və güclü təşkilati bacarıqlar;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı.