Lift üzrə mühəndis

İşin təsviri

Şirkətimiz lift sistemlərinin təhlükəsiz və fasiləsiz işləməsini təmin edəcək Lift üzrə mühəndis axtarır. Namizəd liftlərin quraşdırılması, texniki baxışı və təmiri işlərini həyata keçirəcək, yaranan nasazlıqları operativ şəkildə aradan qaldıracaq və görülən işlər üzrə texniki hesabatlılığı təmin edəcək.

  • Lift və eskalator sistemlərinin quraşdırılması, texniki baxışı və diaqnostikasının həyata keçirilməsi;
  • Avadanlıqlarda yaranan nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması;
  • Elektrik və avtomatika sxemlərinin oxunması və tətbiqi;
  • Sensorlar, relelər, invertorlar və idarəetmə panelləri ilə işləmək;
  • Texniki baxış və təmir işlərinin təhlükəsizlik qaydalarına uyğun icrası;
  • Lift və eskalator avadanlıqlarının sınağı və istismara verilməsində iştirak;
  • Görülən işlər üzrə texniki hesabatların hazırlanması və sənədləşmənin aparılması;
  • Fövqəladə hallarda və texniki nasazlıqlar zamanı operativ müdaxilə.

Tələblər

  • Mexanika, Elektrik, Elektromexanika və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Lift və eskalator sistemlərinin quraşdırılması, texniki baxışı, diaqnostikası və təmiri üzrə bilik və bacarıqlar;
  • Müvafiq sahə üzrə minimum 3–5 il iş təcrübəsi;
  • KONE, SCHINDLER, MITSUBISHI, OTIS, SIGMA, HYUNDAI, ORONA, ARCUBE, ARTEMIS markalı liftlərlə iş təcrübəsi üstünlükdür;
  • Elektrik və avtomatika sxemlərini oxuma və tətbiq etmə bacarığı;
  • Texniki təhlükəsizlik və elektrik təhlükəsizliyi normaları üzrə biliklər;
  • Hündürlükdə və qapalı məkanlarda işləmək bacarığı;
  • Növbəli iş rejiminə və fövqəladə çağırışlara hazır olmaq;
  • Məsuliyyətlilik, diqqətlilik və problemləri operativ həll etmə bacarığı.