İşin təsviri

Şirkətimizə interyer dizayn layihələrinin hazırlanması və icrasında iştirak edəcək İnteryer dizayn üzrə mütəxəssis axtarırıq. Namizəd məkanların funksional və estetik həllərinin hazırlanmasına dəstək göstərəcək, layihələrin həyata keçirilməsi prosesində komanda ilə sıx əməkdaşlıq edəcək.

  • Müştəri tələblərinə uyğun interyer dizayn konsepsiyalarının hazırlanması;
  • Layihə planlarının, işçi çertyojların və 3D vizuallaşdırmaların hazırlanması;
  • Layihələrin texniki və estetik tələblərə uyğun icrasına dəstək göstərilməsi;
  • Memarlar, mühəndislər, podratçılar və təchizatçılarla koordinasiyalı işin təşkili;
  • Material, mebel və avadanlıqların seçilməsi prosesində iştirak;
  • Layihə sənədlərinin hazırlanması və idarə olunması;
  • Tikinti və quraşdırma işlərinin layihəyə uyğunluğunun izlənilməsi;
  • Layihələr üzrə hesabatlılığın və sənədləşmənin təmin edilməsi.

Tələblər

  • Memarlıq, İnteryer Dizaynı və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İnteryer dizaynı və ya memarlıq sahəsində minimum 2 il iş təcrübəsi;
  • AutoCAD, 3Ds Max (Corona), SketchUp, Revit və Adobe Photoshop proqramlarında işləmək bacarığı;
  • İnteryer dizayn layihələrinin hazırlanması və vizuallaşdırılması üzrə təcrübə;
  • Tikinti materialları və interyer həlləri üzrə əsas biliklər;
  • Yaradıcılıq, detallara diqqət və estetik baxış;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Eyni anda bir neçə tapşırıq və layihə üzərində işləmək bacarığı;
  • Güclü portfolio təqdim etmək bacarığı.

Qeyd:

  • Bu vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə müddətli əmək müqaviləsi əsasında nəzərdə tutulmuşdur.