İşin təsviri

· İsitmə-soyutma, su, hava təchizatı və digər mexaniki bina infrastruktur sistemlərində və elementlərində texniki xidmət və təmir işlərinin aparılması;

· Mexaniki sistemlərdə təhlükələrin, potensial risklərin, istismar standartlarından kənarlaşma hallarının müəyyən edilməsi, aradan qaldırılması və qeydiyyata alınması;

· Yeni mexaniki qurğu və avadanlıqların quraşdırılması, sazlanması, sınağı və istismara buraxılması;

· Avadanlıqların və hissələrinin müayinəsi, yoxlaması, profilaktik və texniki baxım işlərin icrası;

· Müxtəlif müayinə və sınaq cihaz və alətlər vasitələri ilə işlərin icrası;

· Mexaniki sistem, avadanlıq və cihazların nasazlıqların aşkarlanması və müayinəsi;

· Aşınmış avadanlıqların və onların elementlərinin təmiri, bərpa edilməsi və yenisi ilə əvəz edilməsi;

· İcra edilən işlərin, müayinələrin və sınaqların qeydiyyata alınması və müvafiq hesabatların təqdim edilməsi;

· Əmək təhlükəsizlik qaydalarına və əsas fəaliyyət göstəriciləri tələblərinə riayət edilməsi;

· İşlər üzrə hesabatlılıq qaydalarına riayət edilməsi və müvafiq qeydiyyatların rəqəmsal formatda aparılması.

Tələblər

· Müvafiq sahə üzrə Peşə və ya Ali təhsil;

· Mexaniki ixtisası təsdiq edən təlim şəhadətnaməsi;

· Müvafiq sahə üzrə (mexanik) minimum 2 il təsdiqli iş təcrübəsi;

· Əla fiziki sağlamlıq və yüksəklikdə iş bacarığı;

· Yaşayış və kommersiya ərazilərinə dair mexaniki standartlar və tələblər üzrə əsaslı biliklər;

· Yaxşı ünsiyyət və hesabatlılıq bacarıqları;

· Fövqəladə və qəza hallarında səriştəli hərəkət etmək bacarıqları.