Vakansiya haqqında
Təsvir:
Biz yaşayış kompleksləri, biznes mərkəzləri, ticarət mərkəzləri və digər daşınmaz əmlak aktivlərinin idarə olunması sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərdən biriyik. Mexaniki sistemlər üzrə layihələrin hazırlanması və icrasına nəzarət edəcək Mexanika mühəndisi axtarırıq.
Bu rol layihə və texniki sənədlərin hazırlanmasında, sahə ölçülərinin götürülməsində, AutoCAD proqramında texniki çizimlərin tərtibində və tikinti-quraşdırma işlərinin layihə tələblərinə uyğunluğunun yoxlanılmasında iştirak etməyə cavabdeh olacaq.
Bu vəzifədə uğur qazanmaq üçün mexaniki sistemlər və layihələndirmə biliklərini praktiki əməliyyatlara tətbiq etmək, prosesləri başlanğıcdan yekun nəticəyədək dəqiqliklə izləmək və nəticələrə görə məsuliyyət daşımaq bacarığı əsasdır.
Əsas öhdəliklər:
Layihələndirmə və texniki sənədlərin hazırlanması
Texniki və layihə sənədlərinin, həmçinin tender sənədlərinin hazırlanmasında iştirak etmək.
Dizayn əsasında layihələrin hazırlanmasına və icrasına nəzarət etmək.
AutoCAD proqramında texniki çizimlərin hazırlanmasını həyata keçirmək.
BOQ və layihə hesabatlarının hazırlanmasında iştirak etmək.
Sahə nəzarəti və uyğunluğun yoxlanılması
Tikinti sahəsinin mövcud vəziyyətini yoxlamaq və zəruri sahə ölçülərini götürmək.
Əmlaklarda icarəçilər tərəfindən həyata keçirilən tikinti-quraşdırma işlərinin müəyyən edilmiş standartlara və material tələblərinə uyğunluğuna nəzarət etmək.
Təkliflərin və texniki tapşırıqların layihə tələblərinə uyğunluğunu yoxlamaq.
Sifarişçi ilə əlaqə və hesabatlılıq
İşlərə başlamazdan əvvəl Sifarişçi ilə layihə tələblərini müzakirə etmək.
Layihələrin icra vəziyyəti ilə bağlı həftəlik hesabatlar hazırlamaq.
Tələblər
- Mexanika mühəndisliyi və ya əlaqəli mühəndislik ixtisası üzrə ali təhsil
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
- Mexaniki sistemlər və layihə sənədlərinin hazırlanması üzrə praktiki biliklər
- Texniki çizimləri oxuma və hazırlama bacarığı
- BOQ və texniki sənədlərlə işləmək bacarığı
- AutoCAD və MS Office proqramlarında işləmək bacarığı
- Məsuliyyətlilik, diqqətlilik və dəqiqlik
- Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
Oxşar elanlar
- Senior software engineer (Java) /Böyük mühəndis-proqramlaşdırıcıAzərbaycan Dəmir Yolları · Bu gün
- Daxili təmir-tamamlama işləri üzrə sahə Mühəndisi (Ağdərə)North West · Dünən
- Senior Structural Design EngineerPASHA Real Estate Group · Dünən
- Təzə və dondurulmuş məhsulların sifarişləri üzrə qəbulediciAzerbaijan SuperMarket · Dünən
- Senior Electrical Design EngineerPASHA Real Estate Group · Dünən
- Şəbəkə Əməliyyatları Mərkəzi (NOC) üzrə MütəxəssisSOCAR Tech · Dünən