Satış mütəxəssisi (Daşınmaz əmlak sahəsi üzrə)

İşin təsviri

Şirkətimiz premium seqment üzrə daşınmaz əmlakların satışını həyata keçirəcək satış mütəxəssisi axtarır. Namizəd müştərilərin ehtiyaclarını müəyyən edəcək, uyğun obyektləri təqdim edəcək və satış prosesini tam şəkildə idarə edəcək. Əsas məqsəd müştəri məmnuniyyətini təmin etmək və satış hədəflərinə nail olmaqdır.

  • Premium villaların və digər daşınmaz əmlak obyektlərinin təqdimatı və satışı;
  • Müştərilərlə güclü əlaqələrin qurulması və onların daşınmaz əmlak ehtiyaclarının müəyyən edilməsi;
  • Satış prosesinin tam idarə olunması (görüşlər, baxışlar, danışıqlar, müqavilə mərhələsi);
  • Satış sənədlərinin hazırlanması və prosedurların icrasına nəzarət;
  • Müştəri bazasının genişləndirilməsi və bazar araşdırmasının aparılması.

Tələblər

  • İqtisadiyyat, Biznesin idarə edilməsi, Kommersiya, Marketinq və ya digər uyğun sahələr üzrə ali təhsil;
  • Daşınmaz əmlak satışı və ya premium müştərilərlə iş sahəsində minimum 2 il təcrübə;
  • Müştərilərlə etibarlı münasibət qurmaq və yüksək ünsiyyət bacarığı;
  • Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək;
  • CRM sistemləri və MS Office proqramları ilə işləmək bacarığı;
  • Satış hədəfləri ilə işləmək və nəticəyönümlü olmaq.