Tikintidə xərclərə nəzarət üzrə aparıcı mütəxəssis

İşin təsviri

Şirkətimiz layihə xərclərinə nəzarət edəcək mütəxəssis axtarır. Namizəd xərcləri izləyəcək, yaranan fərqləri vaxtında aşkar edəcək və həllinə dəstək olacaq. O, həmçinin podratçılar və komanda ilə birlikdə işlərin büdcəyə uyğun icrasını təmin edəcək.

  • Layihə xərclərinin planlaşdırılması və icrasına nəzarətin təmin edilməsi;
  • Xərclərin optimallaşdırılması və səmərəli hesablama üsullarının tətbiqi;
  • Əvvəlki layihələr üzrə təcrübənin təhlili və tətbiqi;
  • Layihə xərclərinin davamlı monitorinqi və kənarlaşmaların aradan qaldırılması üzrə tədbirlərin görülməsi;
  • İcra olunmuş işlərin ölçülməsi və təhlili;
  • Podratçıların təqdim etdiyi əlavə işlərin və qiymətlərin yoxlanılması;
  • İddiaların təhlili və müvafiq hesabatların hazırlanması;
  • İlkin, aralıq və yekun ödəniş sənədlərinin, BoQ və digər maliyyə sənədlərinin hazırlanması;
  • Podratçı hesabatlarının və təqdim edilmiş maliyyə təkliflərinin yoxlanılması və təhlili;
  • Hesab-fakturaların müqavilə şərtlərinə uyğunluğunun yoxlanılması;
  • Layihə komandası ilə koordinasiyalı işin təşkili və hesabatlılığın təmin edilməsi.

Tələblər

  • Mülki tikinti, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst, ingilis dilində orta səviyyədə bilik;
  • MS Office proqramları və AutoCAD ilə işləmək bacarığı;
  • Analitik düşüncə və maliyyə təhlili bacarıqları;
  • Məsuliyyətlilik, diqqətlilik və komanda ilə işləmək bacarığı.