İşin təsviri
Şirkətimiz əməkdaşların öyrənmə və inkişaf proseslərini təşkil edəcək İstedadların idarə edilməsi üzrə Mütəxəssis / Aparıcı mütəxəssis axtarır. Namizəd əməkdaşların inkişafına dəstək olacaq, inkişaf planlarının həyata keçirilməsi, inkişaf proqramlarının tərtibinə və İR layihələrinin həyata keçirilməsində iştirak edəcək.
- Əməkdaşların öyrənmə və inkişaf ehtiyaclarının müəyyən olunması;
- Müxtəlif mövzularda korporativ və fərdi təlimlərin təşkil edilməsi;
- Təlim proqramlarının və planlarının, o cümlədən liderlik inkişaf proqramlarının tərtib edilməsi;
- Təlim nəticələrinin qiymətləndirilməsi və hesabatların hazırlanması;
- İR siyasət və prosedurlarının tətbiqinə dəstək göstərilməsi;
Tələblər
- İnsan resursları, idarəetmə və ya uyğun sahə üzrə ali təhsil;
- Öyrənmə və inkişaf və ya İR sahəsində minimum 1-2 il iş təcrübəsi;
- Güclü ünsiyyət, təqdimat və komanda ilə işləmək bacarığı;
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Məsuliyyətli və nəticəyönümlü yanaşma;
- Azərbaycan dilində mükəmməl şifahi və yazılı bacarıqlar.