Qonaqlarla əlaqə üzrə Nümayəndə/ Reception

12 Sentyabr 2025
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Gülərüzlə qonaqları qarşılamaq və onlara ilkin məlumatları təqdim etmək;
  • Qonaqların gedişi zamanı təşəkkür etmək və gələcəkdə yenidən ziyarət etmələrinə təşviq etmək.
  • Gələn qonaqların məlumatlarını sistemə daxil etmək;
  • Qonaqları otaqlarına yönləndirmək və əsas məlumatları izah etmək;
  • Qonağın istəklərinə uyğun otaq seçimi və dəyişiklikləri həyata keçirmək
  • Telefon, e-mail və ya onlayn platformalar vasitəsilə gələn sifarişləri qəbul etmək;
  • Mövcudluğa nəzarət etmək və uyğun otaqları təklif etmək;
  • Rezervasiyaların təsdiqlənməsi və lazımi məlumatların paylaşılması.
  • Qonaqlara otel xidmətləri, ətrafdakı obyektlər və turistik məkanlar barədə məlumat vermək;
  • Qonaqların suallarını cavablandırmaq və onları müvafiq şöbələrə yönləndirmək.
  • Qonaqların şikayətlərini dinləmək, həll yolları təqdim etmək və rəhbərliyə məlumat vermək;
  • İstəklərin qeydiyyatını aparmaq və operativ şəkildə icrasına nəzarət etmək.
  • Otelə daxil olan zənglərə nəzakətlə cavab vermək;
  • Zəngləri müvafiq şöbələrə yönləndirmək və vacib məlumatları qeyd etmək.
  • Gün sonu hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • Nağd və ya kartla ödənişlərin düzgün qeydiyyatını aparmaq.
  • Otelin bütün xidmət və davranış standartlarına uyğun işləmək;
  • Xarici və yerli qonaqlara qarşı mədəni, nəzakətli və peşəkar davranmaq.

TƏLƏBLƏR

  • Ali və ya orta ixtisas təhsili (turizm, otelçilik sahəsində arzuolunandır);
  • Xarici dil bilikləri (xüsusilə İngilis dili – mütləq, əlavə dillər – üstünlükdür);
  • Ünsiyyət və müştəri ilə işləmə bacarığı;
  • Gülərüzlük, çeviklik, stressə davamlılıq.
  • Həftədə 7 gün, 24 saat fəaliyyət göstərən mehmanxana sahəsində dəyişkən iş vaxtı və novbələrə rahat uyğunlaşa bilmək və işləyə bilmək
  • MS Office proqramlarında yüksək səviyyədə bilik və təcrübə;
  • Opera proqramını bilmək mütləqdir

Maraqlanan namizədlər öz CV-lərini aze.careers@fairmont.com elektron poçt ünvanına göndərə bilərlər.