Restoran Meneceri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Qonaqlara davamlı olaraq yüksək səviyyəli, peşəkar və dostcasına xidmətin təmin edilməsi
  • Qonaq məmnuniyyəti rəylərinin və maliyyə hesabatlarının izlənilməsi və təhlili
  • Şirkətin xidmət standartlarına uyğun olaraq komandanın seçilməsi, təlimləndirilməsi, inkişaf etdirilməsi və idarə olunması
  • İşçi məmnuniyyəti, qonaq məmnuniyyəti və maliyyə göstəricilərinin artırılması məqsədilə fəaliyyət planlarının hazırlanması və icrası
  • Departament iclaslarının təşkili və əməliyyat nəzarət baxışlarının keçirilməsi
  • Gündəlik əməliyyat sahələrinin yoxlanılması, təmizlik və avadanlıqların vəziyyətinə nəzarət
  • Qida və iaşə xidmətlərinin planlaşdırılması, menyuların hazırlanması və yenilənməsində iştirak
  • Büdcənin effektiv idarə olunması, məsrəflərə nəzarət və maliyyə məsuliyyətinin təmin edilməsi
  • LQA, HACCP və FIFO standartlarına riayət olunmasına nəzarət
  • Əməkdaşların iş qrafiki, davamiyyət, məzuniyyət və təlim proseslərinin idarə edilməsi
  • Qonaqlarla fərdi yanaşma qurmaq, problemləri operativ həll etmək və müsbət təcrübə yaratmaq
  • Avadanlıq, inventar və ləvazimatların düzgün və səmərəli istifadəsinə nəzarət

Tələblər:

  • Qida və iaşə və ya otelçilik sahəsində rəhbər vəzifədə minimum 3–5 il iş təcrübəsi
  • Azərbaycan dili – əla, rus və ya ingilis dili biliyi üstünlükdür
  • Güclü liderlik və komanda idarəetmə bacarıqları
  • Yüksək ünsiyyət və müştəriyönümlü yanaşma
  • LQA, HACCP, FIFO sistemləri üzrə biliklər
  • Stressə davamlılıq və vaxtın effektiv idarə olunması bacarığı

Maraqlanan namizədlər öz CV-lərini aze.careers@fairmont.com elektron poçt ünvanına göndərə bilərlər.