Komplayens şöbəsinin mütəxəssisi

19 Dekabr 2025
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • BOKTdaxili proses və qaydaların ölkə qanunvericiliyinə və beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, müvafiq kommunikasiyanın aparılması.
  • BOKT-nin məhsul, xidmətlərinin eləcə də BOKTdaxili prosedur və qaydaların, biznes proseslərin ölkədaxili qayda və beynəlxalq standartlara uyğunluğu ilə bağlı rəy verilməsi və komplayens riskinin ölçülüb-bildirilməsi.
  • BOKT-nin müştəri uyğunluğu prosedurlarında iştirak etmək, yerli və xarici qanunvericiliyə müvafiq şəkildə müştəri eyniləşdirilməsinin həyata keçirilməsinə nəzarət etmək.
  • Daxil olmuş komplayens tələbləri ilə əlaqəli sorğuların cavablandırmasına nəzarət
  • BOKT-nin əməkdaşlarına müvafiq təlimlər keçmək və bu sahədən olan məsələlər ilə əlaqəli məsləhət vermək.
  • ƏL/TMM sahəsi üzrə və FATCA-nı BOKT-da tətbiq etmək məqsədilə BOKTdaxili qaydaların və prosedurların hazırlanmasını və bu sahədə BOKT-nin strukturlarının müvafiq əməkdaşlarının təlimini təşkil etmək
  • BOKT-nin strukturlarından daxil olmuş sorğular üzrə requlyativ tələblərin pozulmasının və yaxud ziddiyyət təşkil etməsinin müəyyən edilməsi və onların aradan qaldırılması ilə bağlı rəy və təkliflərin hazırlanması
  • Maliyyə monitorinq xidmətinə təqdim edilən məlumatların və daxil olan sorğuların hazırlanıb ötürülməsi;
  • Təhlil hesabatlarının hazırlanması və qeydiyyatının aparılması;

Tələblər:

  • Tam ali hüquqi və ya iqtisadi təhsil
  • Minimum 5 il bank və BOKT təcrübəsinin olması (komplayens, korporativ hüquq və ya audit sahələrində iş təcrübəsi üstünlük təşkil edir).
  • Müəyyən hallarda (namizədin təhsili, biliyi və s. nəzərə alınmaqla) iş təcrübəsinə dair tələb edilən müddət azaldıla bilər
  • Komandada işləmək bacarığı
  • Məsuliyyətli, düzgün və etibarlı olmalı
  • MS Ofis proqramları, xüsusilə MS Ofis Excel və kompüter avadanlıqları ilə işləmə bacarığına malik olmalı
  • Analitik təhliletmə və analitik hesabat tərtib etmə bacarığı olmalı
  • Əmək funksiyalarının yerinə yetirilməsi üçün zəruri olan qanunvericilik aktlarını və digər aktları bilməli
  • Lisenziya/Sertifikat: komplayens və audit sahəsində sertifikatların mövcudluğu üstünlükdür

Maraqlanan namizədlər hr@falconfinance.az elektron poçt ünvanına “Komplayens şöbəsinin mütəxəssisi” yazaraq cv-lərini göndərə bilərlər.