İşin təsviri

Hörmətli Namizəd,

Bu vakansiya hər hansı bir konkret vəzifə üçün deyil, şirkətimizin İstedad bazasının (talent pool) yaradılması məqsədilə elan edilmişdir. Əgər siz peşəkar komandamızın bir üzvü olmaq istəyirsinizsə, lakin hazırda sizə uyğun aktiv vakansiya tapmamısınızsa, CV-nizi bu elana müraciət edərək bizə göndərə bilərsiniz.

Niyə müraciət etməlisiniz?

  • CV-niz bazamıza daxil ediləcək və profilinə uyğun vakansiya yaranan kimi ilk olaraq sizinlə əlaqə saxlanılacaq.
  • Şirkətimizdə gələcəkdə yarana biləcək iş imkanlarından vaxtında xəbərdar olacaqsınız.
  • Peşəkar inkişaf və karyera yüksəlişi vəd edən mühitdə özününü sınamaq şansı qazanacaqsınız.