İşin təsviri
“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı Baş Ofis üçün Daxili Auditor vəzifəsinə işçi axtarışı elan edir.
Əsas vəzifə öhdəlikləri hansılardır?
- Audit yoxlaması çərçivəsində müvafiq proseslər üzrə risklərin müəyyən olunması və qiymətləndirilməsi;
- Audit yoxlaması çərçivəsində mövcud proseslərin qanunvericilik və müəssisədaxili qaydalar əsasında təhlilinin aparılması;
- Aparılmış yoxlamalara dair hesabatların hazırlanması;
- Müxtəlif istiqamətlərdə qəfləti yoxlamaların aparılması;
Tələblər
Təhsil və təcrübə:
- Audit sahəsində minimum 1 il iş təcrübəsi
- Bank və maliyyə sahəsi üzrə bilik və bacarıqlar
- Ali iqtisadi və ya hüquqi təhsili
- Azərbaycan və İngilis dillərində səlislik arzu olunandır
- Microsoft Office proqramları
Bacarıqlar:
- Analitik düşünmə qabiliyyəti;
- Riyazi və məntiqi təfəkkürə malik olmalı;
- İnkişafa meyillilik;
- Komanda ilə işləmə qabiliyyəti;
- Yaradıcılıq və təşəbbüskarlıq;
- Məsuliyyətlilik və özünü tənqid qabiliyyət