Problemli kreditlər üzrə İşçi (Baş ofis üzrə)

İşin təsviri

  • Təyin olunmuş problemli (Hard) kredit portfelinin effektiv şəkildə idarə olunması
  • Borcalanlarla mütəmadi əlaqənin saxlanılması və borcun qaytarılması üzrə danışıqların aparılması
  • Məhkəmə qərarı olan kredit hesabları üzrə məcburi icra tədbirlərinin icrasına nəzarətin təmin edilməsi
  • İcra tədbirlərinin gecikdirildiyi hallar aşkarlandıqda dərhal hüquqşünaslara məlumat verilməsi və proseslərin koordinasiyası
  • Problemli kreditlərin təhlili, risklərin müəyyən edilməsi və
  • müvafiq hesabatların hazırlanması
  • Kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması və bərpa göstəricilərinin artırılması üçün təkliflərin hazırlanması

Tələblər

  • Ali təhsil (iqtisadiyyat, maliyyə və ya hüquq sahələri üzrə üstünlük verilir)
  • Bank və ya kredit təşkilatında problemli kreditlər, (məhkəmə qərarı olan hesablar üzrə təcrübə üstünlükdür) minimum 6 ay iş təcrübəsi
  • Hüquqi proseslər, icra mexanizmləri və sənədləşmə prosedurları üzrə biliklər
  • Çətin müştərilərlə işləmək, danışıqlar aparmaq və konfliktləri idarə etmək bacarığı
  • Analitik düşüncə tərzi, yüksək məsuliyyətlilik və operativlik
  • Azərbaycan dilində sərbəst, səlis və aydın ünsiyyət bacarığı