İşin təsviri
FINCA Azerbaijan Qeyri-Bank Kredit Təşkilatı Problemli kreditlərin idarə olunması istiqamətində komandasını və bu sahədə karyerasına başlamaq istəyən motivasiyalı təcrübəçi axtarır.
Vəzifə öhdəlikləri hansılardır?
- Gecikmədə olan müştərilərlə əlaqə saxlayaraq ödənişlərin həyata keçirilməsinə dəstək verir
- Müştərilərlə düzgün və etik kommunikasiya qurur
- Zəng nəticələrini və müştəri məlumatlarını sistemdə qeyd edir
- Borc vəziyyətlərini izləyir və rəhbərlik tərəfindən verilən tapşırıqları icra edir
- Komanda ilə koordinasiyalı işləyərək gecikmələrin azaldılmasına töhfə verir
Tələblər
Gözləntilərimiz hansılardır?
- Universitetin sonuncu kurs tələbəsi və ya yeni məzun olmuş (Maliyyə, iqtisadiyyat, Bank işi və oxşar sahələrdə təhsil alan və ya təhsil almış yeni məzunlar)
- Komanda ilə işləmə bacarığı və əməkdaşlığa açıq olmaq
- Öyrənməyə həvəsli, məsuliyyətli və inkişaf yönümlü olmaq
- Nizam-intizamlı və diqqətli olmaq
Biz nə təklif edirik:
- Real iş mühütində praktiki təcrübə
- Peşəkar komandadan öyrənmək imkanı
- Korporativ mühütdə işləmək imkanı
Qeyd: Təcrübə proqramı 2 aylıqdır və ödənişsizdir.