Baş Mexanik (Qəbələ şəhəri)

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Mexaniki avadanlıqların, nasosların, su təchizatı və kanalizasiya sistemlərinin texniki baxışının həyata keçirilməsi;
  • Planlı profilaktik baxım və cari təmir işlərinin icrası;
  • Nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması;
  • Yeni avadanlıqların quraşdırılmasında iştirak;
  • Ehtiyat hissələri və materiallara olan tələbatın müəyyən edilməsi;
  • Görülmüş işlər üzrə hesabatların hazırlanması;
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət edilməsi;
  • Mütəmadi olaraq texniki xidmət üçün tələb olunan mal və materialların siyahısını hazırlamaq;
  • Minimum anbar ehtiyatının təmin edilməsi və hesabatın hazırlanması;
  • Yeni əmlakların və avadanlıqların təhvil –təslimi prosesində iştirak edilməsi;

Tələblər:

  • Müvafiq və oxşar sahə üzrə təhsil və biliklər;
  • Müvafiq sahə üzrə minimum 3-5 il iş təcrübəsi;
  • Təhlükəsiz iş yerinin yaradılması və iş prosedurları üzrə əsas biliklər;
  • Səliqəli, nizam-intizamlı və məsuliyyətli;

İş şəraiti:

  • İş rejimi: 5 günlük
  • İş yeri: Qəbələ şəhəri

Xahiş olur CV-lərinizi ”Baş Mexanik/Qəbələ” başlığı altında hr@fotonllc.az elektron poçt ünvanına göndərəsiniz.