İşin təsviri
- Bazar rəqabətinə uyğun əmək haqqı;
- Könüllü tibbi siğorta; (ailə paketi)
- “Dəyərlisən” Paşa loyallıq proqramına üzvlük;
- Peşəkar komanda ilə işləmək fürsəti;
Vəzifə öhdəlikləri:
- Ofisin sanitariya-gigiyena normalarına əsasən təmiz saxlanmasına nəzarət;
- İş yerlərində sağlam sanitariya və gigiyena şəraitini təmin etmək üçün xadimələrin işinin koordinasiyası;
- Ofis avadanlıqlarının, infrastrukturun təmiri və texniki xidmətlərinin təmin olunması;
- Mətbəx üçün qida və qeyri-qida məhsullarının aylıq normalara əsasən sifariş edilməsi, anbarda yerləşdirilməsi və istifadəsinə nəzarətin təmin olunması;
- Dəftərxana və digər ofis ehtiyacları aylıq normaya və işçilərdən daxil olan sorğulara uyğun sifariş edilməsi, anbarda yerləşdirilməsi və istifadəsinə nəzərət;
- Havalandırmaya aid olan mərkəzləşdirilmiş sistemin koordinasiya olunması;
- Ofisdaxili dekorativ bitkilərin müqavilə əsasında üçüncü şəxslər tərəfindən müvafiq qaydada qulluq edilməsi və saxlanılmasına nəzarət;
- Cəmiyyətə xidmət göstərən mobil operatorun elektron sistemində yeni nömrələr və xidmətlər ilə bağlı sorğuların yaradılması və izlənilməsi;
- Anbarlarda saxlanılan inventarların vəziyyətinə nəzərət;
- Anbara dair xidmətlər göstərən şəxsin səlahiyyətli nümayəndələri tərəfindən düzgün və effektiv saxlama qaydalarına riayət olunmasına nəzarət;
- Anbarda yerləşən avadanlıqların düzgün və təhlükəsiz daşınmasının təşkil edilməsi;
- Mebel və avadanlıq daxil olmaqla Cəmiyyətin aktivlərinin düzgün və effektiv idarə olunması;
- Xarici ezamiyyətlərə dair məsələlərin icra və tam koordinasiya olunması;
- Sadalanan xidmətlərə dair üçüncü tərəflərdən daxil olan sənədlərin yoxlanılması, daxili ERP sisteminə işlənilməsi, Maliyyə və Mühasibatlıq şöbəsinə sözügedən sənədlərin ödəniş üçün ötürülməsi;
- Rəhbərlik tərəfindən daxil olan İnzibati işlər şöbəsinin fəaliyyəti ilə bağlı bütün məsələlərə dair dəstək göstərilməsi;
Namizədə aid tələblər:
- Ali təhsil;
- Oxşar vəzifə üzrə minimum 2 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (səlist), Rus dili (yaxşı), İngilis dili (arzuolunan);
- MS Office proqramları: Excel (ara hesabatlar, cədvəllər, formullar), Word, Outlook;
- 1C proqramında işləmə bacarığı;
- Güclü ünsiyyət, problem həll etmə, Stresə davamlılıq.
İş şəraiti:
- İş rejimi: 5 günlük
- İş yeri : Bakı şəhəri (Ezamlara hazır olmaq)
- İşçinin telefon danışığı şirkət tərəfindən təmin edilir.
Xahiş edirik CV-lərinizi mövzu bölməsində “İnzibati işlər üzrə mütəxəssis/aparıcı mütəxəssis” qeyd etməklə hr@fotonllc.az e-mail ünvanına göndərəsiniz.