Marketinq üzrə mütəxəssis

13 Yanvar 2026
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Komandamıza strateji düşünən, nəticəyönümlü və liderlik bacarıqlarına malik Marketinq üzrə mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri

  • Şirkət brendləri üzrə marketinq və kommunikasiya strategiyasının hazırlanması və icrasına nəzarət
  • Bazarda trendlərin, rəqiblərin və bazar payının analizi, nəticələrin rəhbərliyə təqdim olunması;
  • PR, reklam, təqdimat işləri, xüsusi layihə və tədbirlərin planlaşdırılması və icrasının idarə edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin ölçülməsi, aylıq hesabatların hazırlanması və təqdim edilməsi;
  • Yeni və mövcud məhsul və xidmətlər üzrə marketinq planlarının hazırlanması, icrası və məhsuldarlığının idarə olunması;
  • Müştəri bazası, məhsul və xidmətlər üzrə analiz proseslərinin təşkili
  • Rəqəmsal marketinq layihələrinin idarə olunması (web-saytlar, sosial media, PR, axtarış portalları və s.)
  • Şirkətin çoxdilli veb-sayt məzmununun (AZ / EN / RU) marketinq baxımından uyğunluğuna nəzarət;
  • Marketinq büdcəsinin planlaşdırılması və effektiv idarə olunması;
  • Müştəri məmnuniyyətinin artırılmasına yönəlmiş layihələrin təşkili;
  • Marketinq sahəsində yeni yanaşma və imkanların araşdırılması, təşəbbüslərlə çıxış edilməsi;

Namizədə tələblər:

  • Marketinq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Minimum 3 il marketinq sahəsində təcrübə;
  • Rəqəmsal marketinq, sosial media və brend idarəçiliyi üzrə dərin biliklər
  • Analitik düşünmə və hesabat hazırlama bacarığı;
  • Büdcə planlama və idarəetmə təcrübəsi;
  • Azərbaycan dili – mükəmməl, Rus və İngilis dili – üstünlükdür.
  • Liderlik, təşəbbüskarlıq və yüksək məsuliyyət hissi.

Biz nə təklif edirik?

  • Nəticəyə fokuslanan performans mühiti – ideyalar real nəticələrə çevrilir
  • Peşəkar və enerjili komanda – birlikdə öyrənir, birlikdə böyüyürük
  • Karyera və inkişaf imkanları – təlimlər, yeni layihələr və yüksəliş perspektivi;
  • Tibbi sığorta – sağlamlığınız bizim üçün dəyərlidir;
  • Korporativ nömrə – iş prosesində rahat və fasiləsiz ünsiyyət.

CV-lərinizi mövzü hissəsində “Marketinq üzrə mütəxəssis” qeyd edilməklə cv@gsupplyllc.com elektron ünvanına göndərməyiniz xahiş olunur.