Məzmuna keçin
Giltex MMC yerləşdirilib

Əmək haqqı üzrə aparıcı mütəxəssis

Şəhər
Sumqayıt
İş növü
Tam iş günü

Vakansiya haqqında

İşçilərin əməkhaqqı, əlavə ödənişləri və mükafatların hesablanması;

Əmək müqavilələri, vəzifə maaşları, iş qrafiki və digər müvafiq məlumatlar əsasında əməkhaqqı hesablamalarının aparılması;

İş vaxtının uçotu, tabel məlumatları və məzuniyyət günlərinin yoxlanılması;

Məzuniyyət, ezamiyyət, xəstəlik, işdən çıxma və digər ödənişlərin hesablanması;

Əməkhaqqıdan tutulmalı vergilər, sosial sığorta və digər məcburi ödənişlərin düzgün hesablanması və uçota alınması;

Əməkhaqqı üzrə mühasibat yazılışların aparılması;

İşçilər üzrə əməkhaqqı hesablaşmalarının və müvafig arayışların hazırlanması;

Əməkhaqqının bank vasitəsilə ödənilməsi üçün ödəniş sənədlərinin hazırlanması;

İşçilərin əməkhaqqı məlumatlarının mühasibat proqramına daxil edilməsi və məlumatların düzgünlüyünün yoxlanılması;

Əməkhaqqı üzrə vergi və sosial hesabatların hazırlamasında iştirak edilməsi və tələb olunan məlumatların təqdim edilməsi;

İşə qəbul, vəzifə dəyişikliyi, əmək haqqının dəyişdirilməsi və işdən azad edilmə ilə bağlı müvafiq hesablamaların aparılması;

Məhkəmə qərarları əsasında əməkhaqqıdan tutulmalı borcların hesablanması, tutulması və ödənişin təmin edilməsi;

Audit və yoxlamalar zamanı əməkhaqqı üzrə tələb olunan sənədlərin hazırlanması və təqdim edilməsi;

Əmək qanunvericiliyi və vergi qaydalarında əmək haqqı ilə bağlı dəyişikliklərin izlənilməsi və hesablamalarda tətbiq edilməsi;

Vahid bəyannamənin hazırlanması və təqdim edilməsində iştirak edilməsi;

Payrol məlumatlarının düzgünlüyünün mütəmadi yoxlanılması və yaranan uyğunsuzluqların aradan qaldırılması;

Əməkhaqqı üzrə digər hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli ixtisas üzrə ali təhsil
  • Əmək qanunvericiliyi, vergi hesablamaları, DSMF/sosial sığorta üzrə dərin biliklər
  • MS Office, xüsusilə Excel proqramından yaxşı istifadə bacarığı
  • Məlumatların təhlili və hesabatların hazırlanması bacarığı
  • Böyük həcmdə məlumatlarla işləmək və məlumatların düzgünlüyünü yoxlamaq bacarığı
  • Komandada işləmək və digər struktur bölmələrlə effektiv əməkdaşlıq etmək bacarığı
  • Azərbaycan dilini ana dili səviyyəsində bilmək

Üstünlük hesab olunur

  • İngilis və rus dillərini bilmək üstünlükdür

Oxşar elanlar

Bütün Sumqayıt vakansiyaları →