Çağrı mərkəzi üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • ən zənglərə cavab verilməsi, satış dəstəyi, sifarişlərin emalı və inzibati yardımın göstərilməsi;
  • Məhsul və xidmətlərə dair məlumatların verilməsi məqsədilə müştərilərə çıxan zənglərin təşkili;
  • Filiallardan və digər daxili mənbələrdən daxil olan sorğuların cavablandırılması;
  • Müştərilərin suallarına dolğun və düzgün cavabların verilməsi;
  • Zənglərin aidiyyəti şöbələrə yönləndirilməsinin təmin olunması;
  • Müştəri şikayətlərinin dəqiq qeydiyyatı və müvafiq bölmələrə çatdırılmasına nəzarət;
  • Hesabatlılıq proseslərinin çevikliyini artırmaq məqsədilə təkmilləşdirmə təşəbbüsləri irəli sürmək.

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə 1 ilə qədər iş təcrübəsi;
  • Heç bir inzibati və ya cinayət məsuliyyətinin olmaması;
  • Ali, orta və ya orta-ixtisas təhsili;
  • Gərgin və dinamik iş rejimində işləmək bacarığı;
  • Analitik düşünmə qabiliyyəti və yüksək diqqətlilik;
  • Müştəri xidmətləri sahəsində baza biliklərinə sahib olmaq;
  • İşində məsuliyyətli, dəqiq və operativ olmaq.

İş şəraiti və əlavə məlumat:

  • İş yeri: Bakı şəhəri
  • Əmək haqqı və digər şərtlər namizədin bilik və bacarıqlarına əsasən müəyyən olunacaq;
  • Peşəkar inkişaf və təlim imkanları təmin edilir.
  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd edək ki, təqdim olunan bütün CV-lər məxfi məlumat bazasında saxlanılır.

Maraqlanan namizədlər öz CV-lərini vakansiya@glasc.az elektron poçt ünvanına göndərə bilərlər.