Kredit mütəxəssisi (Gəncə şəhəri)

Bu gün
1200 - 1800
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“GL” ASC (Sizin Lombard) Gəncə şəhərində yerləşən filiallar üzrə Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri:

  • Aktiv satışların təşkili və potensial müştərilərin cəlb olunması;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlanılması;
  • Müştəri müraciətlərinin qəbulu, təhlili, kredit komitəsinə təqdimatı və rəsmiləşdirilməsi;
  • Yeni kredit məhsulları və satış metodları üzrə təkliflərlə çıxış etmək;
  • Müştəri məmnuniyyətini təmin etmək məqsədilə operativ və keyfiyyətli xidmət göstərmək, daxil olan şikayət və müraciətləri yerində araşdırmaq;
  • Kreditləşmə ilə bağlı sənədlərin düzgün və vaxtında hazırlanmasını təmin etmək.

Namizəddən tələblər:

  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Ali və ya natamam ali təhsil;
  • Yüksək ünsiyyət bacarığı və müştəriyönümlü yanaşma;
  • Fərdi və komanda ilə işləmək bacarığı;
  • Microsoft Office proqramlarında (xüsusilə Word və Excel) sərbəst işləmək bacarığı;
  • Bank və ya bank olmayan kredit təşkilatlarında, xüsusilə lombard sahəsində təcrübəsi olan namizədlərə üstünlük verilir;

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi – Cümə | 09:00 – 18:00

Əməkhaqqı və bonus sistemi:

  • Başlanğıc kateqoriya: 400 AZN əməkhaqqı + 800 AZN bonus = 1200 AZN
  • Yuxarı kateqoriya: 600 AZN əməkhaqqı + 1200 AZN bonus = 1800 AZN

Tələblərə uyğun olan namizədlərdən “Kredit üzrə mütəxəssis (müvafiq filialın adı ilə)” başlığı ilə CV-lərini vakansiya@glasc.az elektron ünvanına göndərmələri xahiş olunur.

Yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.

Qeyd edək ki, göndərilən CV-lər şirkətimizin məxfi məlumat bazasında saxlanılır.

Əlaqə: