Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
Layihələr üzrə kodların nəzərdən keçirilməsini təmin etmək, “pull request”-ləri yoxlamaq, layihə dizaynını nəzarətdə saxlamaq;
Mövcud pluginlərin dəstəklənməsində, yeni pluginlərin yaradılmasında qərarverici kimi iştirak etmək, bu işlərə nəzarət etmək, yaranan texniki problemlərin həllinə dəstək vermək və yazılan pluginlərin düzgün arxitektural strukturda olmasına nəzarət etmək;
Arxitektura ilə bağlı qərarlar vermək, ən yaxşı təcrübələr əsasında təkliflərlə çıxış etmək;
Layihələr üzrə sənədləşdirmə işlərinin aparılmasında iştirak etmək;
Proqramçılar üçün müxtəlif qaydalar və təlimatların yaradılmasında birbaşa iştirak etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrasını təmin etmək;
İcra etdiyi işlərlə bağlı birbaşa rəhbərinə hesabat vermək.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Tələblər
- Proqram təminatının hazırlanması üzrə 3 il
- İnformasiya Texnologiyaları sahəsində təhsil
- Bir və ya bir neçə proqramlaşdırma dilləri üzrə biliklər (məsələn, Java, Python, C#, JavaScript və s)
- Proqram təminatının dizayn prinsipləri, mikroservislər arxitekturası və paylanmış sistemlər haqqında güclü anlayış
- Konteynerləşdirmə texnologiyaları (Docker, Kubernetes) ilə təcrübə
- Verilənlər bazaları (SQL, NoSQL) və məlumatların saxlanması texnologiyaları ilə tanışlıq
- MS Office proqramlarını yaxşı bilmək
- Azərbaycan və İngilis dillərini yaxşı bilmək
- Problem həll etmə və analitik düşüncə
Üstünlük hesab olunur
- Təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır
- Rus dili üstünlükdür
Oxşar elanlar
- Texniki və fiziki təhlükəsizlik şöbəsi/OperatorExpressbank · Bu gün
- Sementləmə aqreqatı üzrə operator (comenting unit)Modern Engineering Bureau of Azerbaijan · Bu gün
- SƏTƏM üzrə mütəxəssisABB-İnvest İnvestisiya Şirkəti QSC · Bu gün
- Structural EngineerPASHA Real Estate Group · Bu gün
- TexnikIris Hotel Baku · Bu gün
- Backend ProqramçıGolden Pay · Dünən