Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vakansiyanın tələbləri:

  • Təhsil: Magistr təhsili;
  • Rəqəmsal xidmətlərin inkişafı sahəsində Biznes analitik kimi 1-2 il təcrübə;
  • Biznes tələblər və texniki sənədlərlə iş təcrübəsi;
  • Rəqəmsal maliyyə texnologiyaları barədə biliklərin olması;
  • İşdə dəqiqlik və detallara fikirvermə qabiliyyəti;
  • Güclü analitik düşünmə qabiliyyəti;
  • Bank və ödəniş sistemləri (Core banking, e-kommersiya, prosessinq, AÖS, ödəniş aqreqatorları və s.) barədə ümumi biliklərin olması.

Vəzifə öhdəlikləri:

  • Yeni rəqəmsal məhsul və xidmətlərin yaradılması ,habelə ənənəvi maliyyə məhsullarının rəqəmsallaşdırılması istiqamətində işləri təşkil etmək;
  • İstifadəçi qəbulu sınaqlarını (UAT) aidiyyati struktur bölmələr ilə birlikdə həyata keçirmək və funksionallığı təhvil vermək;
  • Texniki xətaları, biznes proseslərdə boşluqları müəyyənləşdirmək və aradan qaldırılması üçün tətbirlər görmək;
  • Proseslərin optimallaşdırılmasında rəqəmsal həllərin tətbiqi üçün araşdırmaların aparılması, məhsulun və şirkət proseslərinin inkişafı üçün yeni innovativ yanaşmaların təklif edilməsi;
  • Rəqəmsal üzrə zəruri sənədləri tərtib etmək (flow, diagram,istifadəçi use case-ları, iş planı, texniki tələblər və s.);
  • Biznes proseslərin effektivliyinin qiymətləndirilməsi;
  • Yeni rəqəmsal xidmət və məhsullar üçün tələblərin formalaşdırılmasında müvafiq Biznes, əməliyyat, texniki struktur bölmələri və kənar təchizatçılarla birgə fəaliyyəti təşkil etmək;
  • Verilən biznes tələbləri təhlil etmək, zənginləşdirmək və texniki tələbləri formalaşdırmaq
  • Yerli və xarici bazarlarda yeni maliyyə texnologiyalarını araşdırmaq və tətbiqi üçün təkliflər hazırlamaq.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciət etmək üçün, CV-nizi parvina@goldenpay.az elektron poçt ünvanına vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.