Borcların ilkin təqibi üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Təhsil: Ali;
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1 il;
  • Azərbaycan dili: səlis (yazı və danışıq), Rus dili: arzuolunandır;
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Kollektivdə işləmək bacarığı;
  • Bazar üzrə biliklər: Kredit və məlumat mərkəzi üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinə daxil olan sualların (sorğuların) birbaşa və ya araşdırıldıqdan sonra cavablandırılması, məlumatlandırma xidmətinin göstərilməsi;
  • Məlumatların (şikayətlərin, təkliflərin) qəbulu və yönəldilməsi;
  • Problemli kreditlərin sağlamlaşdırılması və borcların qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Gecikmələr üzrə təlimata əsasən təyin olunmuş portfel üzrə gecikmədə olan müştərilərə telefon zənglərinin edilməsinə nəzarət etmək və gecikmədə olan məbləğlərin geri yığımına nail olmaq;
  • Müştəri üzrə hərəkət planını müəyyənləşdirmək məqsədilə gecikmədə olan müştərilərə dair qeydiyyata alınmış bütün mövcud məlumatları təhlil etmək;
  • Öz səlahiyyətləri daxilində müştərilərin məsələlərinin (münaqişə vəziyyətlərinin) həll edilməsi.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciət etmək üçün, CV-nizi parvina@goldenpay.az email adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.