ƏL/TMM bölməsinə aparıcı mütəxəssis

Müraciət et

Müraciət et

CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  •  Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə qanunvericiliyə əsasən müştəri uyğunluğu tədbirlərinin aparılmasını təmin etmək;
  • Qeydi-adi və şübhəli əməliyyatların aşkar edilməsi və araşdırılması;
  • Yüksək riskli əməliyyatlara və müştərilərə münasibətdə monitorinqlərin aparılması;
  • Sanksiya tətbiq edilən şəxslərin siyahısına aid müştəri bazasında uyğungəlmələrin təhlili;
  • Aidiyyəti şəxslərlə bağlı əməliyyatların qanunvericiliyə əsasən tənzimlənməsini izləmək;
  • FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək;
  • Bölmənin fəaliyyəti ilə bağlı olaraq digər struktur bölmələrlə məlumat və sənəd mübadiləsi, onlardan daxil olan sorğuların araşdırılması və müvafiq rəylərin verilməsi;
  • ƏL/TMM sahəsinə dair mövcud prosedur və qaydalara əlavə və dəyişikliklərin edilməsində, həmçinin, yenilərinin yazılmasında iştirak etmək;
  • ƏL/TMM sahəsində risk qiymətləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçirilməsi. 

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək. 

Müraciət etmək üçün, CV-nizi parvina@goldenpay.az elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. 

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.