İşin təsviri
- Təhsil: Ali;
- İş təcrübəsi: müvafiq sahə üzrə 5 il;
- Azərbaycan dili: səlis (yazı və danışıq);
- MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
- ERP sistemlərində sərbəst işləmək bacarığı;
- PMS sertifikatı, CFA, FRM, ACCA sertifikatları arzuolunandır;
- Yaxşı analitik düşüncə, problem həll etmə və təfərrüatlara diqqət yetirmə bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- Vergi Məcəlləsi üzrə biliklər.
Vəzifə öhdəlikləri:
- İllik konsolidə maliyyə hesabatları formalarının hazırlanması;
- Konsolidə edilmiş büdcənin hazırlanması prosesində dəstək, illik daxili və xarici audit keçirilməsində köməklik etmək;
- Daxili Nəzarət, Standartlar və faydalılıq üzrə dəyərləndirmə, həyata keçirilməsinə dəstək və ya yenilənməsini təşkil etmək;
- Hesabların analizi və MHBS-ya uyğun aylıq konsolidə hesabatların hazırlanması;
- Maliyyə hesabatı prosesinin bütövlüyünü və Maliyyə Hesabatı prosesi üzərində daxili nəzarəti inkişaf etdirmək, gücləndirmək üçün mühasibatlıq komandasının digər üzvləri ilə və digər şöbələrlə ilə əməkdaşlıq etmək;
- Dəqiq mühasibat hesabatlarının hazırlanması və nəticələrin təqdimatı;
- Ayın və ilin bağlanması prosesində dəstək olmaq.
İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.
Müraciət etmək üçün, CV-nizi parvina@goldenpay.az e-mail adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.