Ödəniş terminalları üzrə texnik

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Təhsil: Ali (Kompüter mühəndisliyi və ya elektronika);
  • İş təcrübəsi: müvafiq sahə üzrə 2-3 il;
  • Azərbaycan dili: səlis (yazı və danışıq), Rus və İngilis dili bilikləri üstünlükdür;
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Analitik təhlil etmə qabiliyyəti;
  • Güclü rəhbərlik və komanda idarəetmə bacarıqları;
  • Təşkilatçılıq və problem həll etmə bacarığı;
  • Kollektivdə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Terminalların texniki nasazlıqlarının vaxtında aşkarlanması və aradan qaldırılması;
  • Terminal sistemlərinin proqram təminatının güncəlliyini təmin etmək, parametrlərin düzgün qurulmasını həyata keçirmək;
  • Mütəmadi olaraq profilaktik texniki yoxlamalar həyata keçirmək və texniki vəziyyətlə bağlı hesabat hazırlamaq;
  • Gündəlik texniki sorğuları qəbul etmək və ərazi üzrə qısa zamanda müdaxilə etmək;
  • Terminallar üçün tələb olunan texniki hissələrin (printer, kart oxuyucu, adapter və s.) qeydiyyatını aparmaq və düzgün istifadəsini təmin etmək;
  • Görülən işlərlə bağlı daxili forma və hesabatların vaxtında və düzgün şəkildə hazırlanması və rəhbərliyə təqdim olunması.

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciət etmək üçün, CV-nizi parvina@goldenpay.az elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.