Risk üzrə Şöbə Rəhbəri

21 Sentyabr 2026
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Ali təhsil (maliyyə, iqtisadiyyat, audit, risklərin idarə edilməsi, biznes idarəçiliyi və ya əlaqəli sahə);
  • Risklərin idarə edilməsi, daxili nəzarət, audit və ya əlaqəli sahədə minimum 3 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə idarəçilik təcrübəsi;

Risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və idarə olunması üzrə praktiki biliklər;

  • MS Office proqramlarında yaxşı səviyyədə bilik;
  • Risklərin idarə edilməsi üzrə beynəlxalq standartlar və qabaqcıl təcrübələr haqqında məlumatlılıq;
  • Azərbaycan dili: səlis (yazı və danışıq), İngilis dili – yüksək;
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • Analitik düşüncə tərzi və problem həll etmə bacarığı;
  • Kollektivdə işləmək bacarığı.

Vəzifə öhdəlikləri:

  • Şirkətdə risklərin idarə edilməsi sisteminin effektiv fəaliyyətini təmin etmək;
  • Biznes prosesləri üzrə maliyyə, əməliyyat, hüquqi və digər riskləri müəyyən etmək və qiymətləndirmək;
  • Risklərin idarə edilməsi siyasət və prosedurlarının hazırlanmasına və təkmilləşdirilməsinə rəhbərlik etmək;
  • Risklərin azaldılması üzrə tədbirlərin hazırlanmasını və icrasını koordinasiya etmək;
  • Risk limitləri və əsas risk göstəricilərinə (KRI) nəzarət etmək və monitorinq aparmaq;
  • Aşkar edilmiş risklər və potensial risklər üzrə düzəldici və qabaqlayıcı tədbirlərin həyata keçirilməsini izləmək;
  • Rəhbərliyə risklərin vəziyyəti, əsas risklər və onların idarə olunması üzrə mütəmadi hesabatlar təqdim etmək;

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciət etmək üçün, CV-nizi parvina@goldenpay.az elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.