Xəzinə şöbəsinin rəhbəri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Təhsil: Ali (Maliyyə, mühasibat uçotu və ya müvafiq sahə üzrə);
  • İş təcrübəsi: müvafiq sahə üzrə 1-2 il;
  • Azərbaycan dili: səlis (yazı və danışıq), rus və ingilis dili üstünlükdür;
  • MS Office (Excel, Word) proqramları üzrə yaxşı səviyyədə biliklər;
  • 1C 8.3 proqram biliyi üstünlükdür;
  • Yüksək kommunikasiya və təşkilatçılıq qabiliyyəti
  • Dəqiqlik və detallara diqqət
  • Beynəlxalq sertifikatlar: CFA (üstünlük verilir Analitik təhlil etmə qabiliyyəti;
  • Valyuta bazarı və Törəmə alətləri, yerli və Beynəlxalq Bazarlar üzrə peşəkar biliklər
  • Kollektivdə işləmək bacarığı;
  • Vergi Məcəlləsi üzrə biliklər.

Vəzifə öhdəlikləri:

  • Şirkətin pul vəsaitlərinin idarə edilməsi üzrə bütün əməliyyatlarının (nağdsız köçürmələr, nağd vəsaitlərin qəbulu və sayımı daxil olmaqla) effektiv, dəqiq və təhlükəsiz şəkildə həyata keçirilməsini təmin etmək.
  • Xəzinədarlıq şöbəsinin ümumi strategiyasını və məqsədlərini müəyyənləşdirmək, onları şirkətin ümumi maliyyə strategiyası ilə uyğunlaşdırmaq.
  • Bank köçürmələrinin planlaşdırılması və həyata keçirilməsi prosesinə nəzarət etmək.
  • Pul vəsaitlərinin saxlanmasına, daşınmasına, miqdarının dəqiqliyinə, təhvil verilməsinə və əməliyyatların aparılmasına nəzarət etmək.
  • Banklarla münasibətləri idarə etmək və inkişaf etdirmək, ən əlverişli bank xidmətlərinin təmin olunmasına nəzarət etmək.
  • Şirkətin bütün nağdsız pul köçürmə əməliyyatlarının (yerli və beynəlxalq) vaxtında, dəqiq və təhlükəsiz icrasına nəzarət etmək.
  • Nağd pul vəsaitlərinin sayım prosesinə rəhbərlik etmək və müvafiq prosedurlara uyğun həyata keçirilməsini təmin etmək.
  • Bank hesablarının açılmasına, bağlanmasına, çıxarışlara nəzarət etmək.
  • Xəzinədarlıq şöbəsi daxilində qaydaların, müvafiq daxili əmrlərin, prosedurların hazırlanmasını təmin etmək.
  • Şöbənin fəaliyyəti ilə bağlı iş planını və hesabatları hazırlayır.
  • Təşkilatın xəzinəsinin nağd pul təminatının icrasını təşkil edir,

İş qrafiki: Həftəiçi 5 gün saat 09:00-dan 18:00-dək.

Müraciət etmək üçün, CV-nizi parvina@goldenpay.az elektron poçt adresinə vakansiyanın adını qeyd etməklə göndərməyinizi xahiş edirik.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.