İşin təsviri
- Şirkətin marketinq planının hazırlanmasında iştirak etmək və icrasının koordinasiyasına dəstək göstərmək.
- Reklam kampaniyalarının (online və offline) planlaşdırılması və həyata keçirilməsinə nəzarətdə iştirak etmək.
- Sosial media platformaları və digər rəqəmsal kanallar üçün kontent planının hazırlanmasına və idarə olunmasına dəstək vermək.
- Marketinq fəaliyyətləri üzrə təchizatçılar, reklam agentlikləri və media tərəfdaşları ilə kommunikasiya qurmaq və iş prosesini koordinasiya etmək.
- Marketinq kampaniyalarının nəticələrini izləmək və hesabatların hazırlanmasında iştirak etmək.
- Şirkətin məhsul və xidmətlərinin tanıtımı üçün promosyon və PR fəaliyyətlərinin təşkilinə dəstək vermək.
- Rəqəmsal platformalarda (sosial media, veb sayt və s.) yerləşdirilən materialların aktuallığını və düzgünlüyünü izləmək.
- Bazar araşdırmaları aparmaq və rəqiblərin fəaliyyətini izləmək.
- Marketinq materiallarının (banner, broşür, reklam materialları və s.) hazırlanması prosesində iştirak etmək.
- Marketinq tədbirlərinin və kampaniyalarının təşkilində iştirak etmək.
Tələblər
- Marketinq, Biznes idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil
- Marketinq sahəsində minimum 1 il iş təcrübəsi arzuolunandır
- Sosial media və rəqəmsal marketinq alətləri haqqında biliklər
- Analitik düşünmə və planlaşdırma bacarığı
- Ünsiyyət və komanda ilə işləmə bacarığı
- MS Office proqramlarında işləmə bacarığı
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi hr@grandlogistics.az elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.