İşin təsviri

· Maliyyə, büdcə və mühasibatlıq nəzarətinin tərkibi olaraq hədəflərin, mühasibatlıq prinsiplərinin və prosedurlarının hazırlanması və tətbiqi;

· Müxtəlif maliyyə hesabatlarının yoxlanılması və hazırlanmasında iştirak etmək;

· Vergi hesabatlarının yoxlanılması və təqdimatı;

· Mühasibatlıq heyətinə nəzarət və onlar qarşısında tapşırıqların qoyulması;

· Xərclərin təhlili, layihə üzrə xərclərin bölüşdürülməsi hesabatının yoxlanılması və tərtibatında yaxından iştirak etmək;

· Mühasibatlıq və inzibati nəzarət mexanizmlərinin yoxlanılması çərçivəsində daxili və kənar audit yoxlamalarının aparılmasında köməklik göstərmək;

· Sistem üzərində nəzarət mexanizmlərinin qurulmasında iştirak və mövcud sistemin təkmilləşdirilməsi məqsədi ilə prosedurların mütəmadi yenilənməsi;

· Yeni mühasibatlıq, vaxt sərfiyyatı, mal material, əsas vəsait və digər nəzarət mexanizmlərinin hazırlanması və tətbiqi;

· Rəhbərliyə maliyyə hesabatlarının təqdimatı və yaranmış sualların cavablandırılması;

· Şöbə daxilində işin təşkilini, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, onların fəaliyyətini istiqamətləndirmək və şöbəyə ümumi rəhbərliyi həyata keçirmək;

· Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlə

Tələblər

· Müvafiq ixtisas (Maliyyə, iqtisadiyyat) üzrə ali təhsil

· Maliyyə sahəsində minimum 8 il iş təcrübəsi

· 1C Mühasibatlıq proqramı üzrə biliklərin və təcrübənin olması

· Dil bilikləri: Azərbaycan dili – səlis, İngilis – yaxşı

· Kompüter bacarıqları: MS Office proqramları, yüksək səviyyədə Excel bacarığı

· Yüksək təqdimat və idarəetmə bacarığı

· Yüksək analitik düşüncə bacarığı.