İşin təsviri
- Ali təhsil;
- Əla səviyyədə Excel və Power Bi bilikləri olmalı;
- Analitik bacarıqlara sahib olmalı.
Vəzifə öhdəlikləri:
- Müxtəlif mənbələrdən məlumatı əldə etmək, təmizləmək, emal etmək və analizə hazırlamaq;
- Power BI-da müntəzəm hesabatlar və məlumat lövhələri yaratmaq və saxlamaq;
- Məlumat lövhələrinin keyfiyyətini və yenilənmələrin vaxtında aparılmasını təmin etmək;
- Verilənlər bazası ilə işləyərək analiz və hesabat üçün məlumat toplamaq;
- Məlumat çıxarma və transformasiya alqoritmlərini hazırlamaq və optimallaşdırmaq;
- Verilənlər bazası sorğularının performansını təhlil etmək və yaxşılaşdırmaq;
- Məlumat modellərini dizayn etmək və analitik metriklərin hesablanması qaydalarını müəyyənləşdirmək.
İş şərtləri:
- Əmək haqqı: 731-842 AZN;
- İş qrafiki : Həftəiçi 5 gün (8:30-17:30);
- Servis xidməti.
Ünvan: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz).
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satış üzrə Kiçik Analitik” yazaraq hr-cv@grandmotors.az e-mail ünvanına göndərmələri və ya aşağıdaki link vasitəsilə müraciət etmələri xahiş olunur: https://careers.ram.az/?vacancy=2125&source=UC_HBS8ZI