Xarici satınalma üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Ali təhsil;
  • Satınalma və tender sahəsində minimum 3 il iş təcrübəsi;
  • Azərbaycan dili səlis, rus və ingilis dilini əla səviyyədə bilməli;
  • Satınalma sahəsi üzrə sertifikatların olması üstünlükdür;
  • “İncoterms” qaydaları üzrə biliklərə sahib olmalı;
  • Elektron hökümət portalı ilə işləyə bilmə bacarığı;
  • Ofis proqramlarını yaxşı səviyyədə bilməli;
  • Bazar araşdırması etməyi bacarmalı.

Vəzifə öhdəlikləri:

  • Bazarın təhlili, tələb olunan materialların xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlil edilməsi;
  • Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
  • Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
  • Sifarişçi və ya son istifadəçi (daxili müştəri) ilə texniki və büdcə məsələlərində sıx əməkdaşlıq edilməsi, onlarla müntəzəm görüşlər təşkil edərək xərclərin optimallaşdırılması məqsədilə mümkün texniki alternativlərin müzakirə edilməsi;
  • Potensial satınalmaçılar arasında ən yaxşı təklifi müəyyən etmək üçün qiymətlərin, texniki şərtlərin və çatdırılma tarixlərinin müqayisə edilməsi;
  • Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
  • Tender işlərinin aparılması;
  • Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 08:30-17:30;
  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
  • Karyera inkişafı imkanları və mehriban kollektiv.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Xarici satınalma üzrə mütəxəssis” yazaraq hr-cv@grandmotors.az elektron poçt ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=1890&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.