Gömrük əməliyyatları sənədləşməsi üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti “Gömrük əməliyyatları sənədləşməsi üzrə mütəxəssis” (xanım namizəd) vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

  • İxrac sənədlərinin hazırlanması və düzgünlüyünün təmin edilməsi;
  • CMR sənədlərinin (yük daşımaları üçün beynəlxalq nəqliyyat sənədi) hazırlanması və qeydiyyatının aparılması;
  • Dövlət idarələrindən tələb olunan sertifikatların alınması üçün müraciətlərin hazırlanması və təqdim edilməsi;
  • Müştərilərə sənədlərin vaxtında göndərilməsi və onların sorğularına operativ cavab verilməsi;

Tələblər:

  • Ali təhsil (iqtisadiyyat, logistika, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə);
  • Gömrük əməliyyatları və sənədləşmə sahəsində ən azı 1-2 il iş təcrübəsi;
  • Rus-dili mükəmməl ( ingilis dili arzu ediləndir);
  • MS Office (Word, Excel), elektron poçt və sənəd idarəetmə proqramları;
  • Diqqətli, məsuliyyətli və vaxtı düzgün idarə etmə bacarığı;
  • Müştəri yönümlü olmaq və komanda ilə işləmək bacarığı;
  • Xarici dil bilikləri (əsasən ingilis dili) üstünlük hesab olunur.

İş barədə məlumat

  • 5 günlük iş həftəsi (09:00-18:00)
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Koroğlu mt/s servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@greentech.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Gömrük əməliyyatları sənədləşməsi üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.