Logistika üzrə mütəxəssis

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən “Green Tech” MMC şirkəti Logistika üzrə mütəxəssis” (bəy namizəd) vəzifəsinə işə qəbul elan edir.

Vəzifə və öhdəliklər:

  • İxrac olunan məhsulun təyinat nöqtəsinə vaxtında çatdırılmasını təmin etmək;
  • Yüklənəcək nəqliyyat vasitələrinin müvafiq ünvanlara yönləndirilməsi, sürücülər və logistika şirkətləri ilə işin təşkili;
  • Müştərilərə sifarişlərin icra gedişi, çatdırılmanın mərhələləri və cari statusu barədə mütəmadi və dəqiq məlumatların verilməsi, yaranan sualların operativ şəkildə cavablandırılması;
  • Daşımalar zamanı qarşıya çıxan bütün problemlərin operativ şəkildə həll edilməsi, müştəri və sürücülərlə əlaqələrin koordinasiyası, logistika proseslərinin fasiləsiz davam etməsinin təmin olunması;
  • Nəqliyyat xərclərinin proqramda düzgün və vaxtında qeyd edilməsi, xərclərin izlənməsi və hesabatların hazırlanması.

Tələblər:

  • Ali təhsil (İqtisadiyyat, Menecment, Logistika və ya əlaqəli sahələr üstünlükdür);
  • Logistika və daşımalar sahəsində minimum 1-3 il iş təcrübəsi;
  • Rus-dili mükəmməl (ingilis dili arzu ediləndir);
  • Microsoft Office proqramları, 1C 8.3 ERP və logistika proqramları ilə işləmək bacarığı;
  • Təşkilatçılıq və vaxt idarəetmə bacarıqları;
  • Problemləri operativ və səmərəli şəkildə həll etmə qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı və müştəri yönümlü yanaşma;
  • Yüksək səviyyədə məsuliyyət və təşəbbüskarlıq;

İş barədə məlumat

  • 5 günlük iş həftəsi (09:00-18:00)
  • Iş yeri Binə qəsəbəsində yerləşir;
  • Koroğlu mt/s servis avtobusu vardır;
  • Nahar şirkət tərəfindən təmin edilir..
  • Əmək haqqı razılaşma yolu ilə.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini hr@greentech.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Logistika üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur.