Avtomobil Satışı üzrə Məsləhətçi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

  • Müştərilərə avtomobillərin xüsusiyyətləri və üstünlükləri barədə ətraflı məlumat təqdim etmək
  • Müştərinin ehtiyac və tələblərini müəyyən edərək uyğun avtomobili təklif etmək
  • Test sürüşlərinin təşkili və effektiv təqdimat bacarığı ilə icrası
  • Satış prosesinin bütün mərhələlərini idarə etmək – ilkin tanıtımdan müqavilə bağlanmasına qədər
  • Müştərilərlə uzunmüddətli münasibətlərin qurulması və əlaqələrin davamlı saxlanılması
  • Potensial müştəri bazasının genişləndirilməsi və yeni satış imkanlarının axtarılması
  • Satış sonrası müştəri məmnuniyyətinin təmin olunması və təkrar satışların təşviqi
  • Satış planlarının və hədəflərinin yerinə yetirilməsi, aylıq və rüblük hesabatların hazırlanması
  • Bazar, məhsul və rəqib analizlərinin aparılması, satış strategiyalarının təkmilləşdirilməsi üçün təkliflər vermək
  • Leasing, kredit və digər maliyyələşdirmə imkanlarını müştərilərə təqdim etmək və prosesə dəstək göstərmək
  • Şirkətin brend imicini qorumaq və peşəkar müştəri xidmətləri təqdim etmək

Namizədə tələblər:

  • Ali təhsil
  • Avtomobil satış sahəsində minimum 1 il iş təcrübəsi (mütləqdir)
  • Satış və müştəri xidməti sahəsində güclü bacarıqlar
  • Azərbaycan dilində səlis danışıq, rus dili arzuolunandır
  • Avtomobil bazarına dair ümumi bilik və maraq
  • MS Office proqramları ilə işləmə bacarığı
  • Yüksək təqdimat və inandırma bacarığı, nəticəyönümlülük
  • Komandada işləmək və çevik mühitə uyğunlaşmaq bacarığı

İş şəraiti:

  • İş saatları: 09:00 – 18:00
  • Ünvan: Toyota Abşeron Mərkəzi

Tələblərə cavab verən namizədlər CV formalarını başlıq hissəsində “Satış üzrə məsləhətçi” qeyd etməklə cv@groupmotors.az elektron poçt ünvanına göndərə bilərlər.