Məzmuna keçin
Guven Technology LLC yerləşdirilib

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis

Şəhər
Bakı
İş növü
Tam iş günü

Vakansiya haqqında

Guven Technology — bizneslərin rəqəmsal transformasiyasını dəstəkləyən, müasir və innovativ İT həlləri təqdim edən texnologiya şirkətidir. Şirkət informasiya texnologiyaları, İT infrastrukturu, şəbəkə həlləri və kibertəhlükəsizlik istiqamətlərində fəaliyyət göstərir.

Şirkət əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə bilik və məlumatlılıq səviyyəsinin artırılması məqsədilə maarifləndirmə proqramlarını hazırlamaq, idarə etmək və icra etmək;

Security Awareness platformasını idarə etmək, istifadəçilərin əlavə edilməsi, təlim modullarının təyin olunması, maarifləndirmə kampaniyalarının təşkili və nəticələrin monitorinqini həyata keçirmək;

Müxtəlif şöbə və vəzifə qruplarının ehtiyaclarına uyğun onlayn və əyani təlimlər, vebinarlar və təqdimatlar keçirmək;

Simulyasiya edilmiş fişinq (phishing) və sosial mühəndislik testlərini planlaşdırmaq, həyata keçirmək və əməkdaşların reaksiya göstəricilərini təhlil etmək;

Təlim və simulyasiya nəticələri əsasında hesabatlar hazırlamaq, yüksək riskli istifadəçi qruplarını müəyyənləşdirmək və müvafiq əlavə maarifləndirmə tədbirləri görmək;

İnformasiya təhlükəsizliyi üzrə bələdçilər, infoqrafiklər, məlumat bülletenləri və digər maarifləndirici materiallar hazırlamaq;

Yeni işə qəbul olunan əməkdaşlar üçün informasiya təhlükəsizliyi üzrə ilkin təlimlərin (onboarding) təşkilini təmin etmək;

Aktual kibertəhlükə və hücum tendensiyalarını, eləcə də şirkətdaxili təhlükəsizlik insidentlərini izləmək və təlim proqramlarını mütəmadi yeniləmək;

İnformasiya təhlükəsizliyi mədəniyyətinin gücləndirilməsi məqsədilə İnformasiya Təhlükəsizliyi, İT və İnsan Resursları komandaları ilə əməkdaşlıq etmək.

Tələblər

  • Ali təhsil (İnformasiya təhlükəsizliyi, Kompüter elmləri, İnformasiya texnologiyaları və ya əlaqəli sahələr üzrə)
  • İnformasiya təhlükəsizliyi, Security Awareness proqramlarının idarə edilməsi və ya korporativ təlimlərin təşkili sahəsində 3-4 il iş təcrübəsi
  • Azərbaycan dilini mükəmməl bilmək
  • İnformasiya təhlükəsizliyinin əsas prinsipləri, sosial mühəndislik, fişinq hücumları, parol təhlükəsizliyi və məlumatların məxfiliyi üzrə biliklər
  • Security Awareness və LMS (Learning Management System) platformaları ilə işləmək bacarığı
  • ISO/IEC 27001, NIST və digər informasiya təhlükəsizliyi standartları və çərçivələri üzrə baza bilikləri
  • Yüksək təqdimat, natiqlik və auditoriya ilə işləmək bacarığı
  • Güclü ünsiyyət, təşkilatçılıq, analitik düşünmə və hesabatlılıq bacarıqları

Üstünlük hesab olunur

  • İngilis və rus dillərini bilmək arzuolunandır
  • SANS Security Awareness Professional (SSAP), CompTIA Security+ və ya sahə üzrə digər müvafiq beynəlxalq sertifikatlara sahib olmaq üstünlükdür

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →