Keyfiyyətə Nəzarət Şöbə Rəhbəri
- Şəhər
- Bakı
- İş növü
- Tam iş günü
Oxşar aktiv elanlar
- SƏTƏMM üzrə mütəxəssis (region)North West · Bu gün
- Proqram təminatı üzrə mütəxəssisZeytun apteklər şəbəkəsi · Bu gün
- SƏTƏM şöbə rəhbəriMİLLA DAİRY · Bu gün
- Aparıcı sistem inzibatçısıİnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi · Bu gün
- HSE Engineer (for 6 months period)TABIA Group · Bu gün
- Mühəndis-konstruktorNorth West · Bu gün
Vakansiya haqqında
İş barədə məlumat:
Şirkətdə tətbiq olunan keyfiyyətə nəzarət sisteminin təşkili, idarə edilməsi və təkmilləşdirilməsi;
İstehsal proseslərinin keyfiyyət standartlarına və daxili prosedurlara uyğunluğuna nəzarət etmək;
Xammalın, istehsal prosesinin və hazır məhsulun keyfiyyət göstəricilərinin yoxlanılmasını təşkil etmək;
Keyfiyyətə nəzarət şöbəsinin əməkdaşlarının işini planlaşdırmaq, koordinasiya etmək və qiymətləndirmək;
Uyğunsuzluqların səbəblərini araşdırmaq, düzəldici və qabaqlayıcı tədbirlər planını hazırlamaq və icrasına nəzarət etmək;
Keyfiyyət göstəriciləri üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
Daxili və xarici auditlərdə iştirak etmək, audit nəticələrinə əsasən fəaliyyət planlarını hazırlamaq;
ISO 9001, ISO 22000, HACCP, GMP və digər keyfiyyət standartlarının tətbiqinə və davamlı icrasına nəzarət etmək;
İstehsalat, laboratoriya və digər şöbələrlə koordinasiyalı işləyərək məhsul keyfiyyətinin davamlı inkişafını təmin etmək;
İşçi heyəti üçün keyfiyyət və qida təhlükəsizliyi sahəsində təlimlərin təşkilində iştirak etmək;
İş şəraiti
6 günlük iş rejimi;
Nahar şirkət tərəfindən təmin edilir;
Servis mövcüddur;
Əmək haqqı: Müsahibə əsasında.
Tələblər
- Qida mühəndisliyi, qida texnologiyası, baytarlıq, biologiya, kimya, kənd təsərrüfatı və ya digər müvafiq sahə üzrə ali təhsil
- İstehsalat müəssisəsində keyfiyyətə nəzarət sahəsində minimum 5 il , rəhbər vəzifədə isə minimum 2 il iş təcrübəsi
- ISO 9001, ISO 22000, HACCP, GMP və qida təhlükəsizliyi sistemləri üzrə biliklər
- Azərbaycan Respublikasının qida təhlükəsizliyi və sanitariya normaları üzrə biliklər
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı
- Güclü liderlik, komanda idarəetməsi və təşkilatçılıq qabiliyyəti
- MS Office proqramlarında, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı
- Məsuliyyətli, təşəbbüskar, nəticəyönümlü və yüksək ünsiyyət bacarıqlarına malik olmaq
Üstünlük hesab olunur
- ERP və ya digər istehsal idarəetmə proqramlarında işləmək bacarığı üstünlükdür