Məzmuna keçin
Hədəf STEAM Liseyi yerləşdirilib

Tarix müəllimi (rus bölməsi üzrə)

Şəhər
Bakı

Vakansiya haqqında

“Hədəf STEAM Liseyi”nin Tbilisi prospekti 72 ünvanında yerləşən kampusuna rus bölməsi üzrə təcrübəli Tarix müəllimi axtarılır.

Əsas vəzifə öhdəlikləri:

Tarix fənnini rus dilində effektiv və anlaşıqlı şəkildə tədris etmək;

Şagirdlərin fərdi ehtiyaclarını nəzərə alaraq dərsləri planlaşdırmaq, hazırlamaq və keçirmək;

Tarixi hadisələri, prosesləri və şəxsiyyətləri mənbələr və faktlar əsasında izah etmək;

Şagirdlərdə tənqidi düşünmə, tarixi mənbələri təhlil etmə və hadisələr arasında əlaqə qurma bacarıqlarını inkişaf etdirmək;

Müasir tədris metodlarından və texnologiyalardan istifadə etmək;

Şagirdlərin bilik səviyyəsini mütəmadi qiymətləndirmək və inkişafını izləmək;

Testlər, iş vərəqləri və dərs təqdimatları hazırlamaq;

Şagirdlərə və valideynlərə müntəzəm, konstruktiv geribildirim vermək;

Sinifdə nizam-intizamı və müsbət tədris mühitini təmin etmək;

Liseyin daxili qayda və prosedurlarına riayət etmək.

Tələblər

  • Tarix və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
  • Tarix müəllimi kimi minimum 1 il iş təcrübəsi
  • Rus dilində sərbəst tədris bacarığı
  • Tarix fənni üzrə yüksək bilik səviyyəsi
  • Vaxtı idarə etmək və komanda ilə işləmək bacarığı
  • Dəqiq, məsuliyyətli və cavabdeh yanaşma
  • Güclü ünsiyyət və təqdimetmə bacarıqları
  • Müsbət və peşəkar münasibət
  • Sinif və dərs vaxtını effektiv idarə etmək bacarığı

Oxşar elanlar

Bütün Bakı vakansiyaları →