Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İş qrafiki: 6 günlük iş rejimi: bazar ertəsi–cümə günləri tam iş günü, şənbə günü yarım iş günü

Tələblər:

  • Ali təhsil;
  • Katibə-referent, ofis administratoru və ya oxşar vəzifədə ən az 6 ay iş təcrübəsi ;
  • MS Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı;
  • Rəsmi yazışma və sənəd dövriyyəsi qaydaları üzrə biliklər;
  • Telefon zənglərinin və yazışmaların düzgün və etik idarə olunması bacarığı;
  • Yüksək ünsiyyət, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı. Rus və ya İngilis dili bacarığı üstünlükdür.

Öhdəliklər:

  • Rəhbərliyin gündəlik inzibati fəaliyyətinin təşkilində iştirak etmək;
  • Daxil olan və göndərilən sənədlərin qeydiyyatını aparmaq, sənəd dövriyyəsini düzgün şəkildə təmin etmək;
  • Telefon zənglərini cavablandırmaq, elektron poçt və yazışmaları idarə etmək;
  • Görüşlərin, iclasların və qəbulların təşkili və koordinasiyasını həyata keçirmək;
  • Daxil olan müraciətlərin vaxtında və düzgün şəkildə aidiyyəti şəxslərə yönləndirilməsini təmin etmək;
  • Ofis daxili nizam-intizamın və koordinasiyanın qorunmasına dəstək göstərmək;
  • Rəhbərlik tərəfindən verilən digər inzibati tapşırıqları icra etmək.

Biz təklif edirik:

  • 500 AZN xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma

Maraqlanan namizədlərdən xahiş olunur ki, hr@mtk.edu.azhr.cv@mtk.edu.az ünvanlarına CV formalarını göndərsinlər.

E-poçtun mövzu hissəsində “Referent” vəzifəsini qeyd etməyiniz xahiş olunur.