Rus dili müəllimi (2026-2027 Academic Year)

12 İyun 2026
Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

İbtidai bölmə Ünvan: Xankəndi şəhəri

Tələb:

  • Tələb olunan sahə üzrə bakalavr və ya magistr dərəcəsi;
  • Rus dilində yüksək səviyyədə danışıq və yazı bacarığı;
  • Müvafiq sahədə minimum 3 il pedaqoji təcrübə;
  • 5–11 yaşlı şagirdlərlə işləmək istəyi;
  • Müstəqil və komanda şəklində işləmək bacarığı;
  • Güclü sinif idarəetmə bacarıqları və valideynlərlə effektiv ünsiyyət qurmaq qabiliyyəti;
  • MS Office (Word, Excel, Outlook, MS Teams) bilikləri, təhsil texnologiyaları və proqram təminatı ilə iş təcrübəsi;
  • Dərs planlaşdırılması və differensial təlim anlayışına malik olmaq.

Öhdəliklər:

  • Şagirdlərin yaş və öyrənmə ehtiyaclarına uyğun, müxtəlif tədris metodları və materiallardan istifadə edərək dərslərin keçirilməsi;
  • Şagirdlər üçün zəngin, cəlbedici və dəstəkləyici öyrənmə mühiti yaratmaq məqsədilə sinif otağının və tədris resurslarının təşkil edilməsi;
  • Tədris materiallarının, dərs planlarının, tədris proqramlarının və pastoral qayğı tədbirlərinin hazırlanması və inkişaf etdirilməsi;
  • Şagirdlərin akademik inkişafı barədə valideynlərlə aydın və mütəmadi şəkildə məlumat mübadiləsi aparılması;
  • İllik və gündəlik dərs planlarının hazırlanması, şagirdlərin irəliləyişinin davamlı izlənilməsi və qiymətləndirilməsi;
  • Peşəkar bacarıqların inkişafı üçün davamlı təkmilləşdirmə fəaliyyətlərində iştirak;
  • Dərs zamanı sinif intizamının qorunması və effektiv tədris mühitinin təmin edilməsi.

Təklif edirik:

  • Rəqabətə davamlı əməkhaqqı
  • Təlimlər ilə təmin olunma
  • Məktəb tərəfindən nahar

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərməli, mövzu hissəsində “vəzifənin adı və Xankəndi” qeyd etməlidirlər.