Gözətçi

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

Heydər Əliyev adına Müasir Təhsil Kompleksi yeni “Xankəndi Kampusunun” açılışını elan edir və Gözətçi vakansiyasını paylaşır.

Vakansiya sayı: 3

İş şəraiti:

  • Məkan: Xankəndi şəhəri
  • İş qrafiki: 12 saatlıq növbəli iş qrafiki

Tələblər:

  • Ali təhsil və ya orta təhsilə malik olmaq
  • Boy hündürlüyünün minimum 175 sm olması və yaş həddinin 22-30 aralığında olması
  • Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə yararlı olmaq
  • Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsinə malik olmaq
  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək.
  • Şagirdlər, valideynlər və məktəb heyəti ilə effektiv ünsiyyət qurma bacarığna malik olmaq

Öhdəliklər:

  • Obyektdə qıfıl, bağlayıcı qurğular, yanğına qarşı inventar və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək.
  • Qəza hallarında (sındırılmış qapı, pəncərə, qıfıl və ya möhürlər) rəhbərliyə, polisə məlumat vermək və hadisə yerini qorumaq.
  • Giriş-çıxış sahələrinin təmizliyini və sanitariya qaydalarına riayət etmək.
  • İcazə verilmiş şəxslərin buraxılışına nəzarət etmək.
  • Məktəbə aid məktub və sənədlərin qəbuluna nəzarət etmək və rəhbərliyə məlumat vermək.
  • Digər gözətçilik vəzifələrini yerinə yetirilmək.

Biz təklif edirik:

  • Rəqabətədavamlı xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı

Maraqlanan namizədlərdən xahiş olunur ki, hr.cv@mtk.edu.az elektron poçt ünvanına CV formalarını “Gözətçi, Xankəndi Kampus” başlığı ilə göndərsinlər.