İşin təsviri
Hilton Garden Inn Baku komandasının bir hissəsi olun və kariyeranızı inkişaf etdirin!
Şöbə: Texniki şöbə
Ünvan: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Qapı, pəncərə, dolab, pilləkən və digər taxta hissələrin düzgün işləməsini təmin etmək.
- Yeni mebel və konstruksiyaların hazırlanması və quraşdırılması.
- Texniki nasazlıqları vaxtında aşkar etmək və operativ şəkildə aradan qaldırmaq.
- Gündəlik texniki baxış və monitorinqdə iştirak etmək.
- Təcili hallarda operativ reaksiya vermək və dəstək göstərmək.
- Alət və avadanlıqlara mütəmadi qulluq etmək, təhlükəsizlik qaydalarına ciddi riayət etmək.
- Otelin bütün taxta konstruksiyalarının və mebellərinin cari və planlı təmirini aparmaq.
Tələblər:
- Oxşar sahədə ən azı 2 illik iş təcrübəsi;
- Taxta ilə işləmə alətləri və materialları haqqında biliklər;
- Texniki təmir və montaj işlərində dəqiqlik və məsuliyyət;
- Dəyişkən iş qrafik və 2 növbəli işrejiminə uyğunlaşmaq;
İşçinin təminatları:
- İşçi yeməkxanasında yeməklə təmin olunma;
- Hilton-un bütün otellərində endirimlər;
- TABIA Group-a daxil olan bir neçə otel və SPA mərkəzlərində endirimlər
Maraqlanan namizədlərdən CV-lərini “Dülgər” mövzusu ilə hr@hgibaku.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq