Qrafik Dizayneri

Müraciət et
Müraciət et
CV yüklə (doc, docx, pdf)

İşin təsviri

“Honours Academy” komandası vizual ünsiyyətin gücləndirilməsi, brend mesajlarının daha cəlbedici və yadda qalan şəkildə təqdim edilməsi məqsədilə “Qrafik Dizayneri” axtarır. Bu vəzifə vizual kontentin yaradılması, marketinq təşəbbüslərinin dizayn baxımından dəstəklənməsi və auditoriya ilə estetik baxımdan effektiv əlaqənin qurulmasında mühüm rol oynayır.

Əsas vəzifə öhdəlikləri:

  • Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması;
  • Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi;
  • Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması;
  • Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması;
  • Qrafik dizaynı sahəsində trendləri izləmək və işə tətbiq etmək.

Tələblər:

  • Qrafik Dizaynı sahəsində minimum 2 illik iş təcrübəsi;
  • “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”) ilə sərbəst işləmə bacarığı;
  • Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış;
  • Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı;
  • Komanda ilə effektiv işləmə vərdişləri.

Təklif etdiyimiz imkanlar:

  • Yaradıcı və dinamik komanda mühiti;
  • Portfolio və bacarıqlarınızı göstərmək üçün real və təsirli layihələr;
  • Əmək haqqı müsahibədən əsasında müəyyən ediləcək;
  • Davamlı peşəkar inkişaf və daxili böyümə imkanları.

İş qrafiki və istirahət günləri:

  • Həftədə 5 gün;
  • İş saatları: 10:00 – 19:00;

Müraciət qaydası:

CV-nizi və qısa motivasiya məktubunuzu jobs@honours.academy elektron poçt ünvanına göndərməyinizi xahiş edirik. Mövzu hissəsində “Qrafik Dizayneri” qeyd edin. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.