İşin təsviri
Təsvir
- Komplayens risklərinin müəyyən edilməsi və ölçülməsi ilə bağlı Bankın daxili qaydalarına uyğun olaraq Bankın müxtəlif sahələrdəki fəaliyyətinin yoxlanması;
- Qanunvericilikdəki yenilikləri daim nəzarətdə saxlamaq və yeniliklərlə bağlı daxili elanların hazırlanması;
- Komplayens riskləri ilə əlaqədar Bank daxili kommunikasiyanın aparılması;
- Komplayens funksiyası tərəfindən həyata keçirilmiş yoxlamalarla və qanunvericilikdəki yeniliklərlə bağlı hesabatların hazırlanması;
- Komplayenslə əlaqədar dövlət orqanlarından daxil olan sənədlərin koordinasiyası, icrasına nəzarət edilməsi və hesabatlılığının təmin edilməsi;
- Komplayens riskləri ilə bağlı təlimlərdə təlimçi qismində çıxış etmək;
- Qanunvericilikdəki dəyişikliklər və komplayens riskləri ilə bağlı Bankın digər struktur bölmələrindən daxil olan sorğuların araşdırılması və cavablandırılması;
- Bankın daxili normativ sənədlərinə dair hüquqi rəylərin verilməsi, Şöbənin daxili normativ sənədlərinin layihələrinin hazırlanması;
- İcraatında olan işləri tam nəzəratdə saxlamaq, işlərə dair nəticənin əldə olunması istiqamətində gecikmələrə yol verməmək, icraatında olan işlərdən tam məlumatlı olmaq;
- Rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər
- Ali Hüquq təhsili;
- Müvafiq sahədə ən azı 1 illik iş təcrubəsi;
- Mülki, bank və əmək qanunvericiliyini bilmək;
- Azərbaycan dilini mükəmməl, ingilis dili yüksək səviyyədə bilmək;3
- Regionlara səfər etmək imkanına malik olmaq;
- Microsoft və ofis proqramlarını mükəmməl bilmək;
- Məlumatların təhlili və düzgün təqdim bacarıqlarına malik olmaq;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- Komandada işləmək bacarığı və istəyi.